Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
18 Sentyabr , 2018
18 Sentyabr Milli Musiqi günü münasibəti ilə Ağsu rayon Mərkəzi kitabxanasında dahi azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxış keçirilmişdir. İlk öncə rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov milli musiqimizin tarixindən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan , mədəniyyətimizin dünyada tanınması və təbliği istiqamətində ölkə başçısı İlham Əliyevin və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətindən danışmışdır.Daha sonra sənədli filmə baxış keçirilmişdir
Foto Qalereya