Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
25 Sentyabr , 2018
2018-ci ilin iyun ayında Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, görkəmli nasir və ssenarist, xalq yazıçısı İsa Muğannanın (İsa Mustafa oğlu Hüseynovun) anadan olmasının 90 illiyi tamam olmuşdur. Müasir Azərbaycan nəsrinin əsaslı surətdə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı İsa Muğanna mədəni-mənəvi dəyərlərin qorunması naminə altmış ildən artıq müddət ərzində ədəbi prosesə istiqamət verən rəngarəng mövzulu əsərlər yaratmış və xalqın çoxəsrlik bədii-mədəni fikir xəzinəsini daha da zənginləşdirmişdir.Bu fikirlər 25 Sentyabr 2018-ci il tarixdə İsa Muğannanın 90 illiyi ilə əlaqədar Mərkəzi kitabxanada keçirilən tədbirdə səsləndirilmişdir.Azərbaycan Respublikası Prezidentinin 31 may 2018-ci il tarixli “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına müvafiq keçirilən tədbirdə rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov yazıçının həyat və fəaliyyəti haqqında toplantı iştirakçılarına məlumat vermişdir.
Mərkəzi kitabxananın Xidmət şöbəsinin müdiri Nazənəm Salmanova İsa Hüseynovun “Bizim qızlar”, “Dan ulduzu”, “Saz”, “Tütək səsi”, “Quru budaq”, “Kollu Koxa”, “Teleqram”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “İdeal”, “Məhşər”“Cəhənnəm” kimi əsərləri,Polad Cavadov onun ssenarisi əsasında çəkilmiş “26-lar”, “Doktor Nərimanov”, “Nəsimi”, “Tütək səsi” və “Nizami” adlı filmlər,Leyli Qarayeva isə onun dövlət mükafatları haqqında oxuculara məlumat vermişdir.Sonda tədbir iştirakçıları eyni adlı kitab sərgisi ilə tanış olmuşlar.
Foto Qalereya