Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
9 Oktyabr , 2018
Bu günlərdə Ağsu rayonunun yaranmasının 75 illiyi tamam oldu.Tarixi baxımdan qısa, lakin inkişaf cəhətdən böyük yol keçmiş Ağsu rayonu pespublikamızın qabaqcıl rayonlarından birinə çevrilmişdir. 8 Oktyabr 2018-ci il tarixdə Mərkəzi kitabxanada təşkil edilən “dəyirmi masa” da Ağsu rayonunun yaranmasına, inkişafına həsr olunmuşdu. Çıxış edən Cəbrayıl Bədəlov Ağsu rayonunun tarixindən, Məhəmməd Qasımov görkəmli şəxsiyyətlərindən , Eyvaz Bayramov turizm potensialından, Əmrah Məmmədov yazarlarından, Əzəmət Əliyev rayona aid folklor və zərb məsələlərdən söhbət açdılar.Tədbirin sonunda iştirakçılar Ağsuya aid video-çarxa və kitab sərgisinə baxış keçirdilər.
Foto Qalereya