Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
17 Noyabr , 2018
17 Noyabr 2018-ci il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə çıxış edən rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov bildirdi ki, Azərbaycanın müstəqilliyinə doğru uzanan yol 17 noyabrdan - Azadlıq meydanından başlanır.
1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz etdi və ən yeni tariximizdə "Meydan hərəkatı" adlanan prosesin əsas qoyuldu.Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilmədi. 17 günlük "Meydan hərəkatı" Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olundu. Az sonra tarix öz sözünü dedi.Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.Hər bir azərbaycanlı kimi biz də bu bayramı qürur hissi ilə qeyd edirik.
Foto Qalereya