Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
26 Noyabr , 2018
Yazıçı İmran Qasımovun ssenarisi əsasıənda çəkilmiş Azərbaycan kinosunun incilərindən biri olan "Uzaq sahillərdə" filminin ekranlara çıxdığı vaxtdan 60 il keçir. Düz 60 ildir ki, ekranlarımızdan düşməyən bu tarixi filmin kadrlarının ən məşhur səhnələri Ağsu rayonunda çəkilib. Əfsanəvi partizan Mixaylonun - Mehdi Hüseynzadənin son döyüşünün və həlak olduğu səhnələrin çəkildiyi ev bu gün də yerindədir. Bu ev Ağsu rayonunun Kövlüc kəndindədir.
Foto Qalereya