Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
26 Noyabr , 2018
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Kitabxana sahəsinin müasir dövrün tələblərinə uyğun inkişafına ,onun məzmunca yeniləşməsinə,
yeni forma və üsullardan ibarət xidmətlərin təışkilinə dair tətbiq olunması tövsi-
yə olunan tədbirlər”Planına uyğun olaraq 27 Noyabr 2018-ci il tarixdə yerli yazar Cahangir Sabirovla görüş keçirilmişdir.Ağsu rayon Mərkəzi kitabxanasında baş tutan tədbirdə Milli Qəhrəman Mübariz İbrahimov adına Vətənpərvərlər Cəmiyyətinin sədri Qərib Azadxan oğlu,icraçı direktoru Yaqub Hüseynov ,İsmayıllı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Cavanşir Şeydazadə və fəal oxucular iştirak edirdi.30 ildən artıq kitabxana sahəsində çalışan və ədəbi yaradıcılıqla məşğul olan C.Sabirov hərbi vətənpərvərlik sahəsində apardığı işlərə və 50 illik yubileyinə görə cəmiyyət tərəfindən və Mədəniyyət İşçiləri yerli Həmkarlar komitəsi tərəfindən Fəxri Fərman və Diploma layiq görüldü.Çıxış edənlər gənc yazara yeni-yeni nailiyyətlər arzuladılar.
Foto Qalereya