Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
8 Yanvar , 2019
08 Yanvar 2019-cu il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim, yazıçıpublisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadənin anadan olmasının 135 illiyi ilə əlaqədar tədbir keçirilib.Çıxış edən rayon ziyalısı Eyvaz Bayramov vurğulayıb ki, 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. Onun "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.Mərkəzi kitabxananın Metodika şöbəsinin müdiri Məhbubə Əhmədova onun Zaqafqaziya seymindəki fəaliyyətindən,Vüsalə Qəhrəmanova .ədibin "Əsrimizin Səyavuşu", "Azərbaycan şairi Nizami", "Çağdaş Azərbaycan ədəbiyyatı" və "Çağdaş Azərbaycan tarixi"kimi əsərlərindən danışıb.Sonda tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə həsr olunmuş sənədli filmə baxış keçirmişlər.
Foto Qalereya