Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Rayon haqqında
1 Yanvar , 2019

I.Rayon haqqında.
Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmişdir. Rayonun mərkəzi olan Ağsu şəhəri isə 1967-ci ilə qədər şəhər tipli qəsəbə, həmin ildə isə şəhər statusu almışdır. Qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə Kürdəmir və Hacıqabul rayonları ilə sərhəddir.
Ərazisi 1020 kvadrat kilometr, əhalisi 79232 (01 yanvar 2018-ci il tarixə) nəfərdir. Rayonda 1 şəhər (Ağsu şəhəri), 79 kənd vardır. Bu yaşayış məntəqələri 24 ərazi icra nümayəndəliyini və 31 bələdiyyəni əhatə edir. Ən böyük kəndləri Gəgəli, Kəndoba, Kalva, Pirhəsənli, Bico, Cəlayir, Padar, Ərəbuşağı və Qaraqoyunludur.
Əhalinin ümumi sayının 50,2 %-ni kişilər, 49,8 %-ni qadınlar təşkil edir. Əhalinin 99,0 %-i azərbaycanlılardan, 1,1 %-i ləzgilərdən, türklərdən və s. ibarətdir. Əhalinin 27,5 %-i şəhərdə, 72,5 %-i kənd yerlərində yaşayır. Rayonda 1795 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bunlar Ermənistandan, Özbəkistandan və işğal olunmuş rayonlarımızdan gələn soydaşlarımızdır.
Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. 16 kənd, 3 ərazi dairəsi dağlıq zonadadır.
Rayonun ərazisindən 2 çay-Girdiman, Ağsuçay və onların qolları - Ağdarçay və Nazirçay keçir. Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və Cavanşir gölü, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir.
Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 76,0 %-ni və ya 77854 hektarını kənd təsərrüfaına yararlı torpaqlar, bundan 46,6 %-ni və ya 36247 hektarını əkin yeri təşkil edir.
Rayonda 69 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar və 8 məktəbəqədər müəssisə fəaliyyət göstərir. 2 xəstəxana - rayon Mərkəzi xəstəxanası və Kalva kənd sahə xəstəxanası, 15 həkim və 19 tibb məntəqəsində əhaliyə səhiyyə xidməti göstərir.
Rayonda Heydər Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyi, uşaq musiqi məktəbi, şəhər mədəniyyət evi, rayon mədəniyyət mərkəzi, 2-si diyarşünaslıq, 1-i folklor, 1-i isə sənətkarliq evi olmaqla 6 kənd mədəniyyət evi, 11 kənd klubu və 32 kitabxana fəaliyyət göstərir. Əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə Heydər Parkı və Heydər Əliyev Seyrəngahı salınmış, şəhər mədəniyyət və istirahət parkı əsaslı təmir olunmuşdur.
3000 yerlik Ağsu şəhər stadionu tikilib istifadəyə verilmişdir.
Rayonda ilk dəfə 1954-cü ildə "Yeni həyat", 1961-ci ildə rayonlararası "İrəli" və 1966-cı ildə isə "Birlik" qəzetləri nəşr edilmişdir. Hazırda rayonda Ağsu rayon İcra Hakimiyyətinin orqanı olan "Ağsu" qəzeti buraxılır. Qəzet 13 yanvar 2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.
Rayon ərazisindən 55 kilometr uzunluqda respublika əhəmiyyətli avtomobil yolu keçir. 37 km uzunluğu olan Bakı-Şamaxı-Yevlax yolu ikinci kateqoriya, 18 kilometr uzunluğu olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu üçüncü kateqoriyaya aiddir.
Ağsuda 19 siyasi partiyanın rayon təşkilatı və 17 ictimai-siyasi təşkilatın (o cümlədən 4 qeyri-hökumət təşkilatının) rayon şöbəsi fəaliyyət göstərir.
Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı rayonun ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvə kimi çıxış edir. Öz sıralarında 5488 nəfəri birləşdirən YAP-ın özək təşkilatları Ağsuda 1993-cü ilin əvvəllərindən yaradılmağa başlamışdır. Təsis konfransı 1993-cü ilin noyabr ayında keçirilmişdir.
II.Ağsunun tarixi.
Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm əsərində qeyd edir ki, Nadirqulu xan (Nadir Şah) tərəfindən hicri 1148-ci (1735) ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Hazırda Ağsu rayonunun mərkəzi olan Ağsıı şəhərinin adı bəzi tarixi mənbələrdə Yeni Şamaxı kimi də göstərilir. Bu həmin dövrdə Şamaxı əhalisinin Ağsuya köçürülməsi ilə bağlıdır. XVIII əsrdə mövcud olmuş şəhər öz adını "Ağsu çayı"ndan götürməklə mənbələrdə daha çox Ağsu kimi göstərilir. XVIIl əsrin yadigarı olan qədim şəhərinin qalıqları (hazırda "Xaraba şəhər" adlanır) müasir Ağsu şəhərinin cənubunda yerləşir. Rus səyyahı S.Bronevski öz yazılarında həmin şəhəri belə təsvir edir. Şəhərin ətrafına qala divarları çəkilmişdi. Qalanın dördkünc və dairəvi bürcləri var idi. Qala divarlarının qarşısında dərin xəndək qazılmış, yaşayış binalarının alt hissəsi zirzəmilərdən ibarətdir. Binaların üst hissəsi uçub zirzəmiyə tökülmüşdür. Buradakı çalalar zirzəmilərin qalıqlarıdır. Şəhərdə yaşayış binaları sıx yerləşmişdir. Küçələr ensiz olub, arabalarla hərəkət etmək mümkün deyildi. Şübhəsiz şəhərin mərkəzi küçələri nisbətən enli olmuşdur. Qədim Ağsu şəhərinin yerindən orta əsrlər dövrünə aid sadə gil qab nümunələri və Şirvan hakimi Surxay xanın adına zərb edilmiş mis sikkə tapılmışdır. Pul Nadir Şahın şəhərin salınması əmrindən əvvələ aiddir. Ağsunun ticarət və sənətkarlıq məntəqəsi olması haqqında XVI-XVII əsrdə bəzi tarixi mənbələrdə məlumat verilir. Eyni zamanda, "Xaraba şəhər"də aparılan ikin axtarışlar zamanı Nadir Şahın Şamaxını işğal etməzdən 100-150 il əvvələ aid materiallar və keramika məmulatı tapılmışdır. XVIII əsrdə Ağsu şəhərinin möhkəm qala divarları, müdafiə istehkamları olmuşdur. Şəhər getdikcə inkişaf etmiş və XVIII əsrin sonunda Azərbaycanın çoxsaylı əhalisi olan şəhərlərindən birinə çevrilmişdir. Səyyah V.Leviatov qeyd edir ki, XVIII əsrin sonunda Yeni Şamaxı (Ağsu) şəhərinin əhalisi 10 minə yaxın olduğu halda Gəncə, Ərdəbil, Şuşa, Nuxa, Bakı və başqa şəhərlərin əhalisi 3-8 mindən çox deyildi. S.Yegiazarov Ağsu əhalisindən Şirvan xanının xeyrinə 15.510 manat vergi toplandığını qeyd edir. Bu fakt şəhərdə əhaliyə qarşı ağır vergi sisteminin tətbiq oldunduğunu göstərir. Ağsu şəhəri son orta əsrlər Azərbaycanın ictimai-siyasi və hərbi həyatında mühüm rol oynamış şəhərlərdəndir. 1734-cü ilin yayında Nadir Şah öz qoşunu ilə Şamaxıya doğru hərəkət etdi. Şirvan hakimi Surxay xanın Şamaxını tərk etməsinə baxmayaraq, şəhər əhalisi iki ay müddətində müqavimət göstərə bildi. Əhalinin belə ciddi müqavimətindən qəzəblənmiş Nadir Şah 1734-cü il avqustun sonlarında Şamaxını ələ keçirdikdən sonra şəhəri yandıraraq darmadağın etdi, əhalisinin isə köçürülməsi əmrini verdi. Beləliklə, 1735-ci il may ayıının sonunda Şamaxı şəhərinin 4 ağaclığında (37 km), yeni şəhərin əsası qoyuldu. Şəhərin qədim əhalisi də tikilən bu yeni şəhərə köçürüldü. Bu dövrdən etibarən Ağsu şəhəri Şirvan hakimlərinin iqamətgahı oldu. 1743-cü ildə Şirvanda Nadir Şahın zülmünə qarşı üsyan başlandı. Bu zaman özlərini Səfəvilərin xələfləri kimi təqdim edən yalançı şahzadələr - I, II, III Sam Mirzələr meydana çıxdı ki, onlardan ikisi Şirvandafəaliyyət göstərirdi. I Sam Mirzə 50 minlik qoşunla Surxay xanın müşaiyətində Şirvanın mərkəzi olan Ağsu şəhərini zəbt etdi. Nadir şahın zülmündən cana gəlmiş əhali onu rəğbətlə qarşıladı. O, xalqı Nadir Şah tərəfindən qoyulmuş vergilərdən azad etdi. Lakin, Nadir Şahın oğlu Nəsrullah Mirzə ilə I Sam Mirzə arasında Şirvan düzündə baş verən döyüşdə, I Sam Mirzə öldürüldü. II Sam Mirzə Surxay xanın oğlu Məhəmməd xanın yardımı ilə 1743-cü ilin oktyabrında Şirvanda güclü üsyanın baş verməsində böyük rol oynadı. Nəsrullah Mirzə 3 dəfə məğlub olmasına baxmayaraq, Ağsu qalasını bir neçə gün mühasirədə saxladıqdan sonra nəhayət top atəşi ilə ələ keçirə bildi. Bununla da çiçəklənən Ağsu şəhərinə ilk zərbə dəymiş oldu. Şəhərdə az sayda insan qalmışdı ki, onların da çoxunu əsr tutub şəhəri tamamilə qarət etdilər. Əhali bugünü "Allahdad" (Allah köməyə çat) adlandırdı. Nadir Şahın ölümündən (1747) sonra yerlərdə müstəqil xanlıqlar meydana gəldi ki, bunlardan biri də Şirvan xanlığı idi. Şirvan xanlığında (1747-1763-cü illər ərzində) iki hakimiyyətlilik hökm sürürdü. Şamaxıda hakimiyyət başında Xançoban tayfasından olan iki qardaş - Məhəmməd Səid xan və Ağası xan idi. Ağsuda isə Nadir Şahın Şirvanda vergi toplayanı təyin olunmuş Hacı Məhəmməd Əli xan hakimiyyəti ələ keçirmişdi. Bu dövrdə Azərbaycanda ağalıq uğrunda yerli feodalların mübarizəsi gedirdi. Belə şəraitdə, 1755-ci ildə Şəki xanı Hacı Çələbi xan böyük qoşunla, Şirvanı ələ keçirmək məqsədilə Ağsu şəhərini mühasirəyə aldı. Burada hakimiyyətdə olan Hacı Məhəmməd Əli xan müdafiə üçün Quba hakimi Hüseynəli xandan kömək istədi. O da 3000 nəfərlik qoşunla, barışıq məqsədilə Ağsuya gəldi. Lakin, Hacı Çələbi xan sülhə razı olmadı və qarşı tərəfi hədələyərək geri çəkilməsini istədi. Beləliklə, razılığa gələbilməyən tərəflər arasında Ağsu şəhəri ətrafında baş vermiş döyüşdə Şəki xanı Hacı Çələbi xan ağır itki verərək geri çəkilmək məcburiyyətində qaldı. Hacı Məhəmməd Əli xanın bu böyük yardıma görə Ağsu şəhər qapısının açarlarını təqdim etməsinə baxmayaraq, Hüseynəli xan onları qəbul etmədi və üç günlük ziyafətdən sonra öz xanlığına qayıtdı. 1763-ci ildə Cənubi Qafqazı bürüyən güclü taun xəstəliyindən Ağsu əhalisi böyük ziyan çəkdi. 1765-ci ildə Ağsu və Şamaxı vahid xanlıqda birləşdi. Məhəmməd Səid Xan və Ağası Xan Ağsunu ələ keçirib, Hacı Məhəmməd Əli xanı öldürdülər. Mərkəz Ağsudan Şamaxıya köçürüldü. 1767-ci ildə Quba xanı Fətəli xan Şəki xanı Hüseyn xanla birləşərək, iki tərəfdən Şamaxı şəhərini mühasirəyə aldılar. Məhəmməd Səid xanla Ağası xan isə müqavimət göstərə bilməyərək məğlub oldular. Nəticədə, mərkəz yenidən Ağsuya köçürüldü. Hər iki xan şəhərə öz nümayəndəsini təyin etdi. Şirvanın Sərdərin və Həsən mahalları Şəki xanlığına, qalan hissəsi isə Quba xanlığına birləşdirildi. 1769-cu il iyulunda Quba xanı Fətəli Xan tərəfindən Ağsu şəhəri dağıdılaraq əhalisi Şamaxıya köçürüldü. Bəzi tarixi mənbələrə əsasən az vaxt ərzində bütün Ağsu əhalisi Şamaxıda yerləşdirilmişdi. Rus səyyahı, akademik S.Q.Qmelin Ağsuda olarkən evlərin dağıdılmış divarlarından başqa heç nə tapmadığını bildirir. Səyyah Marşal Fon Biberşteyn, rus səyyahı S.Bronevski və digər müəlliflərin yazılı məlumatlarında göstərilir ki, Fətəli xan camaatı Ağsudan Şamaxıya zorla köçürdüyü zaman əhalinin miqdarı o qədər azalmışdı ki, şəhərin bir sıra küçələri tamamilə boş qalmışdı. Sonrakı illərdə də Ağsu şəhəri bir çox hücumlara məruz qaldı. Xüsusilə də 1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın Azərbaycana yürüşü zamanı Ağsunun qalan əhalisi də Quba və başqa əyalətlərə qaçdı, qaça bilməyənlər isə məhv edildi. Beləliklə, Nadir Şahın əsasını qoyduğu Ağsu şəhəri Ağa Məhəmməd Şah Qacar tərəfindən demək olar ki, süquta uğradıldı. Ağsu şəhəri XVIII əsrdə dəfələrlə feodal basqınlarının qurbanı olmuşdur. Tez-tez köçürmələr, dağıntılar əhalinin bir şəhərdə yaşamaq ümidlərinə zərbə vururdu. Şəhər sakinləri bu səbədən yaraşıqlı binalar, məscidlər, türbələr, ictimai və rəsmi binalar tikməyə üstünlük vermirdilər. XIX əsrin əvvəllərinə aid mənbələrdə adı çox hallanan Ağsu əsrin sonlarında az xatırlanır. Ağsu 1967-ci ilə kimi şəhər tipli qəsəbə, həmin ildə şəhər statusu almışdır.
III.Ağsunun təbiəti
Relyefi
Rayonun relyefi şimalda və şimal-şərqdə Niyaldağ, Hinqar, Ləngibaz silsiləsindən ibarət olub dağlıqdır. Cənub əraziləri Şirvan düzü ilə hüdudlanaraq ovalıq ərazilərdir. Ərazinin mərkəzi hissəsindən Ağsu çay, qərbindən isə Girdimançay axır. Ağsu şəhəri hər iki sahilində, Şirvan düzünün şimal-şərq qurtaracağında,Hinqar silsiləsinin ətəyində yerləşir.Rayonun dağlıq dağ ətəyi yerlərində karbonatlı dağ-meşə, dağ boz-qəhvəyi torpaqlar yayılmışdır.Düzən hissə açıq şabalıdı, boz və çəmən-boz torpaqlardan ibarətdir.
Geoloji quruluşu
Dağlıq ərazilərdə Paleogen və Neogen, düzənlik yerlərində isə Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri
Rayonun ərazisindən 2 çay-Girdiman(Mənbəyin hündürlüyü 2900), Ağsuçay(mənbəyin hündürlüyü 2100 m) və onların qolları - Ağdarçay və Nazirçay keçir. Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və
Cavanşir gölü, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir.



Ağsu çayı



Girdiman çayı


Cavanşir gölü(su anbarı)

Landşaftları və biomüxtəlifliyi

Ərazi yarımsəhra, quru bozqır, kolluq və dağ meşə landşaftlarından ibarətdir. İqlimi düzənlik hissədə mülayim-isti və quru subtropikdir.Dağlıq ərazilərdə yay bir qədər sərin, qış isə nisbətən soyuq və quraq keçir. Düzənlik ərazilərdə, ərazilərdə,əsasən, yovşanlı-şorəngəli yarımsəhra bitkiləri yayılmışdır.Şahdağ Milli Parkının bir hissəsi (keçmiş Pirqulu Dövlət Təbiət qoruğu) Ağsu rayonu ərazisinə düşür.Dilman şəlaləsi (Dilman kəndi) və Ağsu aşırımı çox gözəl geoloji-landşaft xarakterli təbiət abidələrindəndir.





Dilman şəlaləsi


Dilman şəlaləsi


Qaraçıbulaq(Nüydi kəndi)

Florası
Dendroflorası, əsasən, qafqaz vələsi(Carpinus causica), şərq fıstığı (Fagus orientalis) iberiya palıdı (Quercus iberica) və şərq palıdında (Quercus macranthera) ibarətdir.Meşələrdə, həmçinin, adi göyrüş (Fraxinus exselsior), çöl ağcaqayını (Acer campestre), çinaryarpaq ağcaqayın(Acer platanoides), qarağaclar (Ulmus carpinilfolia, U.minor.), qaraçöhrə (Taxus baccata), tozağac (betula sp.) söyüd (Salix sp.), şərq alması (Malus orientalis), Qafqaz armudu (Pyrus caucasica), çaytikanı (Hipophae rhamnoides), əzgil (Mespilus germanica), quşarmudu (Sorbus sp.), itburnu (Roza sp.), müxtəlif yemişan növləri, alça (Prunus divaricata), sumax (Rhus coriaria), sarağan (Cotinus sp.), zirinc (Berberis sp.) və s. ağac-kollar vardır.
Palıd



Xan çinar


Fındıq



Tut


Üzüm






Zoğal


Sumağ



Xurma ağacı



Nar ağacı





Heyva ağacı




Qafqaz qaş səhləbi(Xarı bülbül)



Zirinc



Kəklikotu



Faunası
Cücüyüyünlərdən qafqaz uzunquyruq ağdişi (Crocidura gueldentstaediti), kirpi (Erinaceus concolor), köstəbəyə (Talpa levantis) rast gəlinir.Yarasalar nalburun (Rhinolophus blasii), itiqulaq şəbpərə (Myotis blythi), dağ gönlücəsi (Eptesicus serotinus) və s.növlərlə təmsil olunmuşdur.Ərazidə gəmiricilərin meşə sülüysini (Dryomys nitedula), sülüysin (Gilis gilis), sarı boğaz siçan (Apademus flovicolis) və s.növləri yayılmışdır.Yırtıcılardan canavar (Canis lupus), çaqqal (Canis aureus), tülkü (Vulpes vulpes), meşə pişiyi (Felis silvestris), qonur ayı (Ursus arctos), gəlincik (Mustale nivalis), porsuq (Meles meles) və s. növlər təsvir edilmişdir.Sürünənlərdən qafqaz kələzi (Laudakia caucasica), Levant irigürzəsi(Macrovipera Lebetina), müxtəlif kərtənkələlər, koramal vardır.Quşlardan qafqaz şahini (Falco peregrinus caucasica), qırqavul (Phasianus colchicus), qaratoyuq (Turdus merula), bildirçin (Coturnix coturnix), kəklik Perdix perdi) və göyərçinə (columba livia) rast gəlinir.
Dovşan



Çöl donuzu




Kəklik




Canavar




İlan






Qırqovul





Dilman meşəsi


Böyük Qafqaz sıra dağlarının cənub hissəsində Ləngəbiz sıra dağları




IV.Tarixi abidələri




Şeyx Dursun türbəsi (XIV əsr) – 1399-cu ildə tikilən bu türbə şəhərin şimal-şərq hissəsində, onun bir kilometrliyində yerləşir. Onu Şirvan əhli, Xançoban mahalının padar tayfasından olan Şeyx Dursunun şərəfinə inşa etmişlər. Abidənin divarları əl ilə kəsilib yonulmuş əhəng daşlarından tikilmişdir. Türbənin binası səkkizüzlü prizma şəklindədir. Binanın üst örtüyü konusvarı daş tağla bağlanmışdır. Abidənin cənubşərqə açılan qapısı tağ formasındadır. Qapı üzərində yerləşdirilmiş kitabədə ərəb əlifbası ilə həkk olunmuş yazı mövcuddur. Zamanın axarında bu kitabənin bir hissəsi pozulduğundan türbənin tarixi ilə bağlı müxtəlif fikirlər yaranmışdır. Əlavə edək ki, Şeyx Dursun türbəsi yaxınlığında ikinci bir türbənin qalıqları mövcuddur və bu türbə memarlıq həlli baxımından Şeyx Dursun türbəsi ilə eyniyyət təşkil edir. Ehtimal etmək olar ki, bu tikili də ona yaxın olan adamlardan birinin şərəfinə inşa olunmuşdur. Şeyx Dursunun və onun nəslindən olan şeyxlərin məqbərələrinin ziyarətgaha çevrilməsi, onların sufiliklə bağlı cərəyanın və yaxud hərəkatının başçıları olduqlarına dəlalət edir.






Qırmızı günbəz– Rayonun tarixi memarlıq abidələri arasında Qaraqoyunlu türbələri özünəməxsus yer tutur. Burada iki türbə Qırmızı günbəz və Ağ günbəz abidələri yerləşir. Qırmızı günbəz daha əvvəl – 1869- 1870-ci illərdə tikilmişdir. Adından da göründüyü kimi Qırmızı günbəzin divarları qırmızı bişmiş kərpicdən inşa olunmuşdur. Günbəzin forma-biçimi səkkizüzlü prizma şəklindədir. Günbəzi tağvari olan tikilinin pəncərəsi yoxdur. Günbəzin içərisindəmərkəzi hissədə bir qəbir vardır. Onun üzərində dördkünc sənduqə mövcuddur. Sənduqənin hər iki yanında və başdaşının üzərində ərəb əlifbası ilə yazılmış kitabə var. Yazılanlardan məlum olur ki, burada həyatını sufiliklə keçirmiş Hacı Soltan Baba dəfn olunmuşdur. El arasında “Qırmızı günbəz” kimi tanınan bu günbəz sonradan onun qəbri üzərində qaraqoyunlular tərəfindən inşa olunmuşdur.




Ağ günbəz tarixi-memarlıq abidəsi Qaraqoyunlu kəndinin şimalında – Nazirçayın sol sahilində yerləşir. Bu tikilinin divarları əl üsulu ilə kəsilib yonulmuş və səliqə ilə cilalanmış ağ əhəng daşlardan səkkizüzlü planda inşa olunmuşdur. Onun üç pəncərəsi vardır. Giriş qapısının üstündə ərəb əlifbası ilə kitabə yerləşir. Ağ günbəz abidəsinin dörd kitabəsindən aydın olur ki, Əl-hacHüseyn Əfəndinin qəbri üzərində tikilmişdir. O, Şirvan “nəqşibəndiyyə və cəmiyyətin şeyxi” olmuş, “yüksək alimlərin qütbü” ləqəbi daşımışdır. Məlum olur ki, 1879-cu ildə vəfat etmiş, günbəz isə 1909-cu ildə bakılı usta Xələf tərəfindən inşa olunmuşdur. Ağ günbəzin içərisində üç qəbir var. Onlardan biri Hacı Hüseyn Əfəndi Şirvaniyə, digər ikisi isə oğlanlarına-Hacı Mustafa şaha və Nizaməddin Əfəndiyə məxsusdur. Ataları kimi oğullar da məşhur nəqşibəndiyyə şeyxləri olublar.














Şeyx Əmir Əhməd türbəsi -Mustafalı kəndi qəbiristanlığında yerləşən, ətraf ərazilərin ziyarətgah yerinə çevrilən ,eyx Əmir Əhməd türbəsi 1722-ci ildə inşa olunmuşdur. Bu tarixi memarlıq abidəsi əl üsulu ilə kəsilib yonulmuş, əhəng daşlarından hörülmüşdür. Abidə səkkizüzlü prizma şəklindədir. Fasad hissənin divar birləşməsində oyma üsulla naxışlar həkk edilmişdir.













Pir Bəxtiyar türbəsi - Tarixi Cavanşir kəndi ərazisində yerləşən bu ziyarətgah yerli əhali arasında mal-qara piri adı ilə tanınır. Bu pirə xəstələnən mal-qaranın sağalması, məhsuldarlığın artması arzusu ilə nəzir gətirilir. Türbə düzbucaqlı planda ölçüsü 12x5 metr olub, iki otaqdan ibarət olan qalınlığı 90 santimetr divarlar adi daçlarla inşa edilmiş və iki üzdən yonulmuş daşlarla hörülmüşdür. Binanın cənub tərəfində qapısı və pəncərəsi vardır. Türbənin iki günbəzi olmuşdur, günbəzlərdən biri ölçüsü 5x5 metr olan kvadrat otağın üzərində, digəri isə ölçüsü 7x5 metr olan düzbucaqlı üzərində qurulmuşdur. Pir Bəxtiyar türbəsinin tikilmə dövrü ətrafdakı qəbirlərin qədimliyinə əsaslanaraq təxminən XVIII əsrin sonu XIX əsrin əvvəllərində inşa edilmişdir.









Qaraçıbulaq antik dövr abidələri – Nuran kəndindən 2 km şimal-qərbdə, antik dövrə aid Qaraçıbulaq yaşayış yeri və qəbiristanlığı 1973-cü ildə aşkar edilmişdir. Yerli əhali arasında Qaraçuxa, Qaraçuq, Qaraçuxur kimi də tanınan bu ərazidə sahəsi 10-12 hektar olan Qaraçıbulaq abidəsi yerləşir. Qaraçıbulaq abidəsində F.Osmanov tərəfindən arxeoloji qazıntı aparılmış və e.ə. I minilliyə aid zəngin material əldə edilmişdir. Buradakı yaşayış yerində çay daşından inşa edilmiş dördkünc plana malik tikinti qalıqları aşkar edilmişdir. Qaraçıbulaq nekropolundan abidəsində yaşayış e.ə. XII əsrdən başlamış, eramızın I əsrinə kimi davam etmişdir. Arxeoloji materiallar göstərir ki, Qaraçıbulaq yaşayış yeri əhalisinin məşğuliyyətində bütün təsərrüfat sahələri, xüsusən sənətkarlıq mühüm yer tutmuşdur. Nuran kəndi yaxınlığında yerləşən Qaraçı bulağı öz təbii gözəlliyi ilə diqqəti cəlb edir. Bulağın ətrafındakı daşlar üzərində keçmiş mədəniyyətimizin tarixi izlərini əks etdirən rəsmlər qeydə alınmışdır.










Təbiət abidələri



Qırlatəpə eneolit-antik dövr abidələri - Yaşayış yerinin qədim mədəniyyət qalıqları eneolit dövrünə aiddir. E.ə.V-IV minilliklərdə yaşayış yerinin əhalisi əsasən əkinçiliklə məşğul olmuşdur. Qırlatəpə abidəsinin alt mədəni təbəqəsindən eneolit dövrünə aid müxtəlif məişət əşyaları, saxsı qab nümunələri, təsərrüfat küpləri, ocaq qurğuları, taxıl əzmək üçün olan dən daşları əldə edilmişdir.
Eneolit dövrünün ardınca Qırlatəpə yaşayış yerində tunc və ilk dəmir dövründə həyat davam etmişdir. Qırlatəpədə antik dövrdə də yaşayış olmuşdur. Qazıntılar nəticəsində antik dövrün təbəqəsində yaşayış evlərinin və qala divarlarının qalıqları aşkara çıxarılmışdır. Qırlatəpə yaşayış yerinin ətrafında qalınlığı üç metrə çatan, üç metr hündürlükdə olan möhtəşəm qala divarları indiyədək qalmaqdadır. Eramızın ƏV əsrindən başlayaraq Qırlatəpədən yalnız gözətçi məntəqəsi kimi istifadə olunmuşdur. Arxeoloji qazıntılar zamanı çoxsaylı gil qab nümunələri, heyvan sümükləri, əmək alətləri, silahlar, bəzək əşyaları və s. tapılmışdır.
1986-cı ildə Qırlatəpədən eranın I əsrində kəsilmiş gümüş sikkə tapılmışdır. Gümüş dirhəmin bir üzündə III Artabanın şəkli, digər üzündə isə yunan əlifbası ilə onun adı və başqa yazılar zərb edilmişdir.Qırlatəpə maddi-mədəniyyət abidəsi bu ərazidə həyat tərzinin 7 min il bundan əvvəl başlandığını və uzun müddət davam etdiyini göstərir.
Nüydü antik dövr yaşayış yeri və nekropolou - Ağsuçay və Girdimançay vadisinin arxeoloji qaynaqları arasında Nüydü maddi mədəniyyət abidəsi xüsusi əhəmiyyət kəsb edir. XX əsrin 60-70-ci illərində burada aparılan arxeoloji qazıntılar zəngin mədəni irsin qalıqlarını üzə çıxarmışdır. Adından da göründüyü kimi bu abidə rayonun şimalında yerləşən Nüydü kəndi ərazisindədir. Nüydü antik dövrü yaşayış yeri yer səthindən müəyyən hündürlükdə təpəlik üzərində yerləşmişdir. Yerüstü axtarışlar və qzıntılar zamanı çoxlu sayda qayıqvari dən daşları, sürtgəclər, daş qablar, iri təsərrüfat küplərinin qalıqları, habelə boğazında sünbül təsviri olan küp qırıqları əldə etmişdir. Nüydü qədim yaşayış yerində mədəni təbəqənin qalınlığı 1-1,5 metrdir. Buradakı yaşayış evlərinin hər birində ocaq qurğuları olmuşdur, qazıntılar zamanı odun təsirindən qaralmış kül, kömür qatışıqlı təbəqə ətrafında nizamsız tökülmüş daşlar aşkara çıxarılmışdır.
Yaşayış yerindən tapılmış maddi-mədəniyyət nümunələri içərisində taxıl əzmək üçün olan çoxlu dən daşlarının bir qismi qayıqvari formaya malikdir. Nüydü antik dövr nekropolunda, 1965-ci ildən F.Osmanov tərəfindən arxeoloji qazıntılar aparılmış və torpaq qəbirlər açılmışdır. Nüydü qədim yaşayış yerindən və nekropolundan aşkar olunmuş gil qab nümunələri həcminə və formasına görə müxtəlifdir. Burada sadə formalı, müəyyən bədii tərtibata malik gil qablar daha çox tapılmışdır. Bu keramika məmulatlarının hazırlanması e.ə. I əsrə, yəni Roma işğalçılarının yürüşləri dövrünə aiddir.
Nüydü abidəsindən qədim əhalinin əkinçilik, bağçılıq təsərrüfatı, məişət, peşə sahələri ilə bağlı olan müxtəlif dəmir məmulatlar, ox ucları, qılınc, nizə, xəncər, bıçaq, balta, yaba növlü silahlar tapılmışdır. Ötən əsrin son qərinəsində (1972) buradan tapılmış pul dəfinəsi tariximizin iqtisadi, mədəni problemlərini araşdırmaq üçün çox böyük tapıntıdır. Göründüyü kimi Nüydü qədim yaşayış yeri Qafqaz Albaniyasının antik dövr mədəniyyət ocaqlarından biri olmuşdur. Qafqaz Albaniyasının iqtisadi, mədəni həyatında ticarət əlaqələrində bu yaşayış yeri mühüm rol oynamışdır.
Xəzinə dağı qalası-Bu qala Çirdiman çayının sol sahilində, Padar kəndi ərazisində xalq arasında Xəzinə dağı adlanan bir təpənin üç tərəfi sıldırım qayalarla əhatə olunmuşdur. Təpəyə qalxmaq üçün yeganə bir yolun üzərində çəkilmiş qədim qala divarının qalıqları indiyədək qalmaqdadır. Qala istehkamının görünən hissəsinin uzunluğu yeddi metr, eni isə dörd metrdir. Heç şübhəsiz ki, bu qala şəhərlər arasında yolüstü karvansara və yaxud çaparxana olmuşdur.
Xəzinə dağının şimal hissəsində iki yeraltı, üfiqi istiqamətdə uzanan tağvari boşluq əhəng daşları ilə hörülmüşdür. Tunel formasında olan bu yeraltı tikinti əsrlər keçdikcə təbii uçqunlar nəticəsində tökülmüş torpaq hissələri tunel yolun qarşısını bağlamışdır. Odur ki, həmin yeraltı yolu axıradək getmək mümkün deyil.

“Orta Əsr Ağsu ġəhəri” Arxeoloji Turizm Kompleksi
Son orta əsrlərdə əhalisinin sayına və ərazisinə görə Azərbaycanın ən böyük şəhəri olmuş qədim Ağsu bu ərazi kompleksində yerləşir. 1735-ci ildə paytaxt kimi Nadir şahın göstərişi əsasında salınan şəhər təxminən 40 hektar sahəni əhatə etmişdir. Həmin tarixi dönəmdə hücumlara məruz qalmış şəhər dəfələrlə əldən-ələ keçmiş, bir neçə dəfə paytaxt şəhər statusuna yüksəlmişdir. Qeyd üçün deyək ki, həmin dövrlərdə (1763-1769-cu illərdə) paytaxt iki dəfə Ağsuya və təkrarən iki dəfə Şamaxıya köçürülüb. 2010-cu ilin mart ayında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası professor Qafar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi altında şəhər ərazisində qazıntılara başlanılmışdır. 2012-ci ilin dekabr ayına qədər 3 il ərzində aparılan arxeoloji tədqiqatlar zamanı 1,5 hektar sahə öyrənilmiş, şəhərin qala divarı, sənətkarlıq məhəllələri, yaşayış evləri, Cümə məscidi, hamam, buzxana, su anbarları, su və kanalizasiya xətləri və s. iri tikililər aşkar olunmuşdur. 5 qazıntı sahəsindən 8000-dən çox qızıl, gümüş, mis, saxsı, şüşə, daş, sümük və s. eksponatlar inventarlaşdırılaraq götürülmüş, bir qismi muzeylərə, bir qismi isə Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinə təhvil verilmişdir. 2011-2013-cü illərdə 3 qazıntı sahəsində 7000 kv.m. sahənin üzəri örtülmüş, içərisində sərgilər qurulmuşdur. Qazıntını əks etdirən kitablar, broşürlər, jurnallar, filmlər, 3D formatlı video çarxlar, veb-səhifələr hazırlanmış, xaricdə və respublikda onlarla məqalə və məruzə nəşr edilmişdir. 2013-cü ildə 800-ü xarici olmaqla 8000 nəfər turist Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksini ziyarət etmişdir. 2012-ci ildə IV Beynəlxalq Avrasiya Arxeologiya konfransı burada keçirilmiş, ərazi dünya arxeologiya və konservasiya elminin maraq dairəsinə götürülmüşdür. 2014-cü ildə Mədəni İrsin Konservasiyasında Gənclər-YOCOCU IV Beynəlxalq Konfransı da burda keçirilmişdir.










Aleksandr Dümanın “Qafqaza səyahət” əsərində orta əsr Ağsu şəhəri haqqında məlumat və ya Dümanın qızıl saatının itməsi.
XXIX FƏSİL ŞAMAXIDAN NUXAYA GEDƏN YOL
Əvvəlcədən şərtləşdiyimiz kimi, günorta saat on iki tamamda biz üzrxahlıq edib, hörmətli komendantdan və onun ailəsindən ayrıldıq.O bizə yasavulların arasında qoçaqlığı ilə seçilən Nurmat-Matın başçılıqetdiyi on iki nəfərdən ibarət bir mühafizə dəstəsi ayırmışdı. Nurmat-Mat bizi düz Nuxaya qədər müşayiət etməli idi. Ləzgilər artıq ətraf kəndlərdə dinc əhalini narahat edirdilər. Camaat arasında mal-qaranın oğurlanması, aranda yaşayan adamların dağlara qaçırılması haqda söz-söhbət gəzirdi. Nurmat-Mat bizim təhlükəsizliyimizə başı ilə cavabdehidi.Şamaxıdan qollarının üstündə şahin tutan ovçuların müşayiəti ilə yola düşməyimiz nədənsə mənə Fransada hələ orta əsrlər dövründən adamı heyran qoyan və hələ də 1830-cu illərin tarixi məktəblərində qorunub saxlanan adətənənəni xatırladırdı.Şamaxıdan Ağsuya-Yeni Şamaxıya gedən yol bir az şose yoluna bənzədiyindən o qədər də pis deyildi; yolun hər iki tərəfində yalnız ləzgi mahudunun davam gətirdiyi tikanlı kol-koslar gözə dəyirdi.Bakıdan Şamaxıya gedəndə yolda bir dənə də olsun ağaca rast gəlməmişdik.Şamaxı yolunda isə nəinki ağac, hətta ağacların üstündə yarpaqlar da gözə dəyirdi.Hava mülayim, səma aydın, üfüq isə mavi idi. Müəyyənləşdirdiyimiz ovlaq yerinə iyirmi verst vardı və biz saat yarıma həmin məsafəni qət etdik.Biz şərtləşdiyimiz görüş yerini uzaqdan tanıdıq. İki azərbaycanlı hərəsi biratın yedəyindən tutmuşdu, yanlarında isə üç tazı vardı.Buradan şahinləri ovun üstünə buraxacaqdılar.Atlardan düşdük. Yolboyu qaçışan dovşanları gördükdə yanımdakıazərbaycanlı ilə bərabər özümü “kol-kosun” içinə atdım; Moyne də bizə qoşuldu.Elə yüz addım getməmişdik ki, hərəmiz bir dovşan vurduq.Bundan əlavə, bir dəstə qırqovul düz qabağımda havaya qalxdı və mən dəstəni izlədim. Atıma qalxıb qollarında şahin tutan adamları səslədim.Onlar itləri də gətirib tez gəldilər.Mən onlara qırqovulların düşdüyü yeri nişan verdim… İtləri qabağa buraxıb özümüz də onların dalınca həmin yerə getdik.Tezliklə dörd yanımızda qırqovullar uçuşan həmin yerə çatdıq; şahinlərin hər ikisini buraxdıq. Mən birinin, Moyne isə o birinin dalına düşdük.İki yüz addım getmişdik ki, izlədiyim qırqovul artıq şahinin caynağında idi.Özümü vaxtında çatdırıb qırqovulu diriykən şahinin çəngindən qurtardım,bu yaraşıqlı xoruz qırqovul başından yüngülcə yaralanmışdı.Şahin saxlayan dəri çantadan bir tikə təzə ət çıxarıb mükafat kimi şahinə verdi.Şübhəsiz ki, quş yorulmuşdu; ancaq görünür, gətirdiyi qənimətlə kifayətlənmək istəmirdi və yenidən ova başlamağa hazır idi.Biz müşayiət dəstəsinin yanına qayıtdıq. Moynenin də kefi kök idi, mənim kimi o da yaraşıqlı qırqovul xoruzu ilə qayıtmışdı, bu quş da hələ diriydi, ancaqmənim vurduğumdan daha pis yaralanmışdı. Dərhal onun başını üzdülər və arabadakı qutuya, vurduğumuz dovşanların yanına qoydular.Sonra ən hündür təpəyə qalxıb at üstündə duran heykəllər kimi dayandıq, şahinlə gəzən ovçuları isə ov dalınca qabağa buraxdıq. Onlar kol-kosları aralaya-aralaya ov axtarırdılar.Birdən bir kəklik pırıldayıb qalxdı, şahinlərdən biri də onun dalına düşdü, ancaq kəklik aradan çıxmışdı; ikinci bir kəklik uçdu, onun ardınca o biri şahin şığıdı.Kəklik düz bizim üstümüzə gəlirdi, şahin iki-üç dəfə qanad çalsaydı, ovunuhaqlayacaqdı, ancaq şahin elə təzəcə kolluğa girən kəkliyin ardınca cumurdu ki, birdən güllə dəymiş kimi hər iki qanadı yanına düşdü və kolluğun ortasında görünməz oldu.Bu qəfil enişin səbəbini öyrənmək üçün gözlərimi qaldırıb ətrafı diqqətlə nəzərdən keçirdim. Başımın üstündən yüz metr yüksəklikdə iri bir qartal uçurdu.Şahin onu görmüş, belə bir güclü rəqibin qarşısında tab gətirə bilməyəcəyini anladığından, özünü kolluğa vurmuşdu. Qartal ona məhəl qoymadan uçub gözdən itdi. Mən şahinin düşdüyü yerə qaçdım və çox çətinliklə onu axtarıb tapdım; şahin bir ağacın koğuşuna girmişdi və qorxudan bütün bədəni tir-tir titrəyirdi. Onu gizləndiyi yerdən dartıb çıxartdım, ancaq yazıq quş ayaqlarını elə sıxmışdı ki, qolumun üstündə dayana bilmirdi. Birtəhər onu qolumun üstündə saxlamağa çalışdım. Quş özünü elə itirmişdi ki, qorxa-qorxa ətrafına baxırdı. Ancaq qartal artıq uçub getmişdi, səmada heç nə görünmürdü. Elə bu vaxt ovçu özünü yetirdi; o, quşu məndən aldı və onu tumarlayıbsakitləşdirməyə başladı, yalnız yarım saatdan sonra quş özünə gəldi və yenidən əldən qaçırdığı kəkliyin ardınca getməyi qərara aldı. Mənəvi cəhətdən mənə hər şeydən çox zövq verən bu gözlənilməz macərayla bərabər, biz iki saat ərzində düz üç kəklik vura bildik. Vaxt isə keçirdi; biz Türyançayda gecələmək üçün otuz verst yol getməli idik; üstəlik, nəhəng bir dağı aşmalıydıq və özü də bunu gündüz, yəni qaranlıq düşməmiş etməliydik; ona görə də ovu başa çatdırdıq. Şahinsaxlayanlara bir az pul verib ayrıldıq; artıq yol üçün azuqəmizi təmin edəcək qədər ovumuz vardı. Mühafizə dəstəmiz dəyişdi, ancaq Nurmat-Mat bizimlə qaldı. O, iyirmi nəfərlik mühafizə dəstəsinə rəhbərliyi öz üzərinə götürdü; atlılardanikisini qabağa, ikisini arxaya göndərdi, qalanlar isə arabamızın yanı ilə atlarını dördnalaçaparaq irəlilədilər. Yol o qədər də təhlükəsiz olmadığından, belə ehtiyat tədbirlərinin görülməsi təbiidir. Xasay Usmiyevin verdiyi tapançadan və Baqrationun hədiyyəetdiyi yivli tüfəngdən ibarət silah ehtiyatımızı yoxladıq, qırma gilizləri qurğuşun güllələrlə əvəz etdik və yolumuza davam etdik. Qarşıdakı dağın ətəyinə çatanda tarantas sürətini azaltdı. Bundan istifadə edərək tüfənglərin patronlarını yenə dəyişdik və iki nəfər kazakın müşayiətiləyolun hər iki tərəfilə piyada irəliləməyə başladıq. Çox keçmədən bir kəklik və bir turac ovladıq.Əlçatmaz bir yerdən açılan atəş və qulağımızın yanından vıyıltı ilə keçən güllə bizi tarantasa qayıtmağa və ehtiyatlı olmağa çağırdı.Buna baxmayaraq, təhlükəli heç nə baş vermədi və təxminən bir saata dağın zirvəsinə qalxa bildik. Dağ sanki dikinə iki yerə bölünmüşdü; Söni dağında* olduğu kimi, bu dağın da bəzi yerlərində yol nəhəng ilana oxşayır, enişli-yoxuşlu döngələrdə qıvrılır və biz bu döngələri fırlanaraq yoxuşu düşürdük. Yol təhlükəli olmasınabaxmayaraq, enli idi və iki araba rahatlıqla yan-yana keçib gedə bilirdi; üfüqün mənzərəsi füsunkar idi. Biz Qafqaz dağlarının səfində yan-yana dayanmış iki dağın arası ilə aşağı enirdik. Sağ tərəfdəki dağın ətəyi meşəlik, ortası çılpaq, zirvəsi isə qarla örtülü idi; soldakı dağ isə ondan bir az alçaqdı, ətəyi lacivərdi, yuxarısı isə qızılı rəngə çalırdı. Hər iki dağın arasında geniş vadi, daha doğrusu, düzənlik uzanıb gedirdi. Gözəl mənzərə idi. Başımı əyib aşağıya baxır və bizi düzənlikdən ayıran məsafəyə nəzər salırdım, hər döngədə canıma üşütmə düşür, az qalırdı ki, damarlarımda qanım donsun. Bizim arabaçıya gəlincə, sanki qurd ürəyi yemişdi; yuxarıda güllə səsi eşitdiyimiz andan bəri atları elə dördnala sürürdü ki, arxamızdan gələn müşayiət dəstəsi xeyli geridə qalır, qabaqda gedənləri isə ötüb keçirdik.Biz əbəs yerə boğazımızı cıraraq arabaçıdan heyvanları belə sürməməsini istəyirdik, o bizə heç cavab vermirdi və nəinki sürəti əvvəlki kimi saxlamağa çalışır, hətta əlindəki qamçı ilə heyvanları daha bərk qamçılayaraq sürətlərini artırmağa məcbur edirdi. O, arabanı eynən Neron kimi ustalıqla idarə edir, riyaziyyatçı dəqiqliyilə yolun tən ortası ilə sürürdü. Bizə təskinlik verən yalnız bu idi ki, heyvanlara vurduğu qamçını hər dəfə qaldırıb çırpanda ucu bir dəfə bizə dəyirdisə, on dəfə də onun özünə dəyirdi. İki saata gedəcəyimiz bu dəhşətli enişi əlli dəqiqəyə endik, və beləliklə, sürətlə gəlib vadiyə yaxınlaşdıq. Nəhayət, dərənin dibinə, başqa cür desək, düzənliyin başlanğıcına gəlib çatdıq; qarşımızda bir az əvvəl ilan kimi Qıvrılan yolun əvəzinə, birbaşa Ağsu kəndinin evlərinə aparan düz yol uzanıb gedirdi. Biz bütün çətin, qorxulu döngələri, təhlükəli yolları arxada qoyduğumuzu düşünürdük ki, birdən arabaçı onunla yanaşı əyləşən Kalinoya qışqırdı: – Cilovu tutun və sürün, başım gicəllənir, gözüm qaralır! Arabaçının nə dediyini biz başa düşmədik, ancaq onların təlaşlı hərəkətlərindən nəsə xoşagəlməz bir hadisə baş verdiyini hiss edirdik.Atlarımız önümüzdəki yolla sağ tərəfə düz getmək əvəzinə, sürətlə irəliyə çapırdılar; bu isə arabanı birbaşa uçuruma aparırdı, ora sərt bir eniş idi. Kalino arabaçının əlindən cilovu çəkib aldı, ancaq artıq gec idi. Deyəsən, o da başını itirmişdi. Hər şey bir göz qırpımında, ildırım sürətilə baş verdi. Əvvəlcə arabaçı gözdən itdi; o sürüşdü, daha doğrusu, atların arasınadüşüb yox oldu. Kalino isə əks tərəfə, havaya tullandı. Tarantas qayaya çırpıldı. Bu zərbədənMoyne arabanın içindən kənara düşdü… kiçik bir çayın islatdığı gözəl,yumşaq otluğun üstünə yıxıldı. Mənə gəldikdə isə, əllərimlə bir ağacın budağından yapışmağa macal tapdım; araba qayaya dəyəndə mən yerimdən elə sıçradım ki, sanki qılınc sıyrılıb qınından çıxdı.Ağırlığıma tab gətirməyən budaq əyildi, ayaqlarım yerdən bir fut aralıqalmışdı, ağacdan sallanırdım. Mən özümü yerə atdım və bununla hər şey qurtardı. Moyne də ayağa durmuşdu, o biri iki yoldaşımıza baxanda halına şükür edirdi. Arabaçı atların ayağı altında əzilmişdi, başı və əlləri qan içində idi. Kalino yolun kənarındakı şumlanmış sahəyə düşmüşdü və o qədər də çox zərər çəkməmişdi. Ancaq onu narahat edən yalnız bir şey idi. Rudolfun istehsalı olan çox qiymətli saatım onda idi; belə ki, tez-tez vaxtı xəbər vermək vəzifəsi ona həvalə edilmişdi. O isə ədabazlıq edib, saatın zəncirini altdan geydiyi jiletin yox,uzun pencəyinin düyməsinə keçirmişdi. Kalino göydə fırlanıb yıxılarkən saatın zənciri ağacın böyük bir budağına ilişmiş və Allah bilir, saatı hara tullamışdı. Zəncirin qırığı pencəyin düymə yerindən sallanırdı, saat isə yoxa çıxmışdı. Kalino xəcalət çəkdiyini mənə bildirdi. – Əvvəlcə arabaçıya kömək edək!-ona dedim,-saatla sonra məşğul olarıq. Ancaq Kalino başa düşmürdü ki, belə yerdə arabaçı saatdan qabaqdır; o bunun əksini düşünürdü; əvvəlcə saat, sonra isə insan. Mən təkid etdim. Moyne atların cilovunu yığışdırıb arabadan açırdı. Qafqazda atları xüsusi bir üsulla miniyə qoşurlar; bizdə atın bağlandığı qayış əvəzinə buradaipdən istifadə olunur; bizdə qayışı toqqadan keçirirlərsə, burada ipə düyün vururlar. Mən xəncərimi çıxarıb yan ipləri kəsdim. Elə bu an kazaklar gəlib çıxdılar. Onlar uzaqdan bizim atılıb düşdüyümüzü görmüşdülər və indi nə işlə məşğul olduğumuzdan xəbərləri olmadığından köməyə gəlmişdilər. Həqiqətən də, onlara ehtiyacımız vardı. Nəhayət, belə qərara gəldik ki, arabaçını atların ayağının altından dartıb çıxartmaq mümkün olmayacaq, odur ki, atları onun üstündən çəkib uzaqlaşdıraq. Arabaçı başından və əlindən yaralanmışdı. Bulaq suyu və cib yaylıqlarımız onun üçün məlhəmli sarğı oldu, xöşbəxtlikdən yaraları o qədər də ağır deyildi. Mən arabaçının yaralarını sarıyanda Kalino saatı axtarmağa davam edirdi.Bu vaxt ağlıma gəldi ki, görəsən arabaçını hansı milçək sancmışdı ki, obelə bir ehtiyatsızlığa, səhvə yol vermişdi? Arabaçının nə üçün atları enişaşağı dördnala qovduğunun səbəbini soruşdum, o, əvvəlcə cavab vermək əvəzinə susdu. Nəhayət, etiraf etdi ki, atlar sürətlə təpəaşağı enəndə onun başı fırlanmışdı və həmin vaxt onları qeyri-iradi idarə edirmiş və atları yolun ortasına tərəf yönəltməyə çalışırmış, daha doğrusu, atlar özləri həmin istiqamətdə gedirlərmiş. Mərhəmətli Allahın köməyi ilə, dağın ətəyinə qədər hər şey yaxşı idi, ancaq həmin bu yerə çatanda gücünün və iradəsinin tükəndiyini hiss etmiş və Kalinoya qışqırmışdı:
– Kalino, cilovdan tutun, mənim başım hərlənir! Arabaçının izahı sadə və səmimi idi, möcüzə sayəsində salamat qurtardığımıza görə Allaha şükür etməliydik.Allahın bizə yardımı bununla da kifayətləndi və saatın tapılmasında Kalinoya kömək olmadı.Onun peşmanlığına baxmayaraq, saatdan əlimizi birdəfəlik üzdük.Kazakların tarantasın ətrafına bircə dəfə yığışması ilə, çox çəkmədən o da əvvəlki vəziyyətinə düşdü; tarantas bu həngaməyə yaxşı tab gətirmişdi və indi əvvəlkindəndaha artıq sürətlə yola düşməyə hazır idi. Atları yenidən qoşdular; tarantası çəkib yolun ortasına qoydular; Kalino və arabaçı yenə əvvəlki kimi oturacaqda yerlərini tutdular; ancaq onlar bu dəfə yerlərini dəyişdilər, yəni Kalino arabaçının, arabaçı isə Kalinonun yerindəoturdu, belə ki, indi tarantası Kalino idarə edəcəkdi. Sevimli saatımın itdiyi yeri tərk edib yenidən yola düşdük. On beş dəqiqə sonra biz Ağsuda -Yeni Şamaxıda idik. Əvvəllər otuz beş-qırx min əhalisi olan Ağsuda indi üç-dörd min adam qalmışdı və ona görə də orada dayanmağa lüzum yox idi; biz burada atlarımızı dəyişdik və yolumuza davam etdik.Axşam saat səkkizdə biz Türyançaya gəlib çatdıq; burada nəzarətçi məntəqəsininzabitinin otağında diqqətimi cəlb edən ən qiymətli şey, çarpayının baş tərəfində divara asılmış xalçada Konyenin “İgid Bua Jilberin qaçırtdığı kuaneli Rivekka” əsəri oldu.Səhər saat yeddidə artıq yolda idik.İrəlilədikcə yaşıllığın artması daha çox gözə dəyirdi. Günəşin mülayim və ilıq şüaları adamı xoşhallandırırdı; gözəl yayı xatırladan günlərin birində biz mənzərəli bir yolla gedirdik… Noyabr ayı idi.Saat on birdə növbəti nəzarət məntəqəsinə gəlib çatdıq. Bilmirdik necə edək – burada gecələyib sabah Nuxada dayanmadan gedək,yoxsa gecəni Nuxada keçirib bir gün də knyaz Tarxanovun qonağı olaq?Mən təkidlə Nuxada gecələməyi və knyaz Tarxanovu görsək də, görməsək də, sabah yola düşmək istədiyimi bildirdim. Gecəyarısı olmasına baxmayaraq, arabaçılara yollarına davam etməyi və bizi Nuxanın bələdiyyə rəisinin evinə aparmağı tapşırdım. Tarantasa qoşulmuş atlar dördnala çapırdılar və on beş dəqiqədən sonrabir neçə çayı, sağımızda-solumuzda olan ağacları arxada qoyaraq ətrafına ikiqat hasar çəkilmiş, pəncərələrində işıq görünməyən, qapısı bağlı bir evin qarşısında dayandıq. Bu, qonaqpərvərliklə qarşılanmayacağımızın nişanəsi idi.


Ağsu döyüşü
Ağsu döyüşü- Qafqaz İslam Ordusu qüvvələri ilə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin ordu hissələri arasında 1918-ci il iyulun 5-6-da Ağsu
ətrafında baş vermiş döyüş.Döyüşdə Qafqaz İslam Ordusunun 10-cu və 13-cü piyada alayları, 10-cu alayın tabeliyinə verilmiş Azərbaycan süvari bölmələri iştirak edirdilər. İyulun 6-da düşmən qüvvələrinin müqavimətini qıran 13-cü alay Ağsuya daxil oldu və hücumunu Şamaxı yoxuşuna qədər davam etdirdi. 10-cu alay isə Ağsunun şimalından
irəliləyərək, qaçan düşmənə ciddi zərbə endirdi. Gürçüvanı azad edərək, orada mövqe tutdu. Döyüşün gedişində 1 səhra topu, 1 cəbhəxana arabası, 5 pulemyot, 30-a qədər müxtəlif silah və daşnakların talan etdiyi yerli əhalinin əmlakı ilə dolu 15-ə qədər araba ələ keçirildi. Ağsu döyüşü Qaraməryəm döyüşündə qazanılmış qələbəni möhkəmlən-
dirdi.
Ağsunun kitab abidələri
1.Seyyid Cəmaləddin .Elmi,ictimai və fəlsəfi fikirləri. İran İslamRespublikası.Tehran.Hicri
1353,miladi1963.
2.Şeyx İsmayıl Həqqi.Ravhul Bəyan.Cild 2.Türkiyə Respublikası,Osmaniyyə şəhəri,Hicri
1306,Miladi 1877.
3.Rusiya Federasiyası,Sankt-Peterburq,23 Sentyabr 1897-ci il.
4. Qurani-Kərim. RF,Kazan şəhəri,hicri 1328,miladi 1910.
5.Qurani-Kərim.MƏR,?
6. Vera Şiff.Sbornik uprajneniy i zadaç po differençialnomu i inteqralnomu izçisleniyam.RF,
S.peterburq və Moskva,1909-cu il..


V.Muzeylər

Ağsu rayon tarix-diyarşünaslıq muzeyi.






1970-ci illərdən başlayaraq respublikamızda müxtəlif profilli muzeylər yaradılmış, fəaliyyət göstərən muzeylər zənginləşdirilmişdir.1980-cı ildə məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bütün rayonlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması barədə qərar qəbul edilmişdir.Həmin qərara əsasən də 1985-ci ildə Ağsu rayonunda tarix-diyarşünaslıq muzeyi yaradıldı. Muzey maddi və mənəvi sərvətlətlə zənginləşdirilərək tamaşaçıların ixtiyarına verildi.Muzeyin binası iki mərtəbəli olmaqla, birinci mərtəbə foye və üç zaldan, ikinci mərtəbə bir böyük zaldan ibarətdir. Ekspozisiyada qədim dövrdən başlayaraq müasir dövrə qədər rayonun bütün tarixini əks etdirən eksponatlar nümayiş etdirilir. Burada saxsı məişət əşyaları, silahlar, geyimlər, tikmələr, bəzək əşyaları, numizimatik, dulusçuluq, toxuculuq və s. sənətkarlıq nümunələri ekspozisiyanın dəyərli eksponatlarıdır.
Muzeyin orta əsrlərə aid şöbəsi yeni eksponatlar hesabına daha da zənginləşib. XVIII əsr Ağsu şəhər qalıqlarında (bu yeri “Xaraba şəhər” də adlandırırlar) aparılan geniş miqyaslı arxeoloji tədqiqatlar nəticəsində tapılan bir sıra maddi-mədəniyyət nümunələri muzeyə verilmişdir.
Tarixdiyarşünaslıq muzeyi müasir tarixə, o cümlədən müstəqil¬lik¬¬dən sonrakı dövrə aid
məlumatlarla da zəngindir. Azərbaycan tarixinin ayrı-ayrı dövrlərini, insanların həyat və məşğuliyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin toplandığı bu məkanda təqdirə layiq tədbirlər keşirilərək tamaşaçı auditoriyasını buraya toplaya bilir.Ekspozisiyada Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini, Ağsu rayonuna səfərlərini əks etdirən xüsusi stendlər qoyulmuşdur. Muzeyin fondunda 6000-dən artıq əşya mühafizə olunur. Muzey Ağsu şəhəri, Azərbaycan küçəsi, 46 ünvanında yerləşir.
Ağsu şəhəri .Heydər Əliyev Mərkəzi.Mərkəz 2009-cu ildə fəaliyyətə başlamışdır.

Sahəsi 600 kvadrat metrdir.



VI.Ziyarətgahlar






















Ağsu rayonu Bozavand kəndi









Ağsu rayonu Ərəbmehdibəy kəndi


Kalva kəndi .Sərəki piri
Kalvanın cənub - qərbində, təbii cəhətdən olduqca mənzərəli bir ərazidə yerləşir. Pirin ətrafı zəngin qarağac massivi ilə əhatələnib. İnanca görə “Qarağac” müqəddəs bitki (ağac) növlərindəndir. Bəlkə elə ona görədir ki, burada çoxlu, özü də yaşlı qarağaclar əmələ gəlib. O anlamda ki, bura müqəddəslərin uyuduğu məkandır. Uluların dediyinə görə, erməni – müsəlman davası zamanı (1905 – ci ildə) kəndə basqın edilərkən pirin yaxınlığında “qırx atlı” peyda olub. Bu zaman azğınlaşmış düşmən qaçmağa üz tutub. Ona görə də el arasında pir “Qırx atlı Sərəki piri” kimi də tanınır. Sərəki adını daşıyan bulaq da buradan axır.
Kalva kəndi .Söyüdlü piri
Kəndin şimalında Şiş dağın yaxınlığında yerləşir. Pir cənub tərəfdən Süleyman bağı ilə əhatələnib.Pirin ərazisindən axan bulaq da el arasında Söyüdlü çağrılır.Deyilənə görə ətrafda çoxlu söyüd ağacları bitdiyindən burada bu adlar meydana gəlib. Ərazidəki bulaq kəndin sakini olmuş, mərhum H.İsrafilovun xeyriyyəçiliyi sayəsində bir neçə il bundan qabaq bərpa olunaraq yenidən kənd sakinlərinin istifadəsinə verilmişdir.
Kalva kəndi .Savalan piri
Keçmiş “kənd mərkəzi” adlanan ərazidə yerləşir. Pirin səthində gövdəsi torpağa sarı əyilmiş və yazda yaşıllığı ilə diqqət çəkən, çox da olan bir tut ağacı kök salıb. Yerli əhali bu növü “Şah tut” adlandırır. Pirin nə üçün Savalan adlandırılması kənd sakinlərinə bəlli deyil. Ağsaqqalların dediyinə görə vaxtilə Türkmənçay sülh müqaviləsinə əsasən Güney Azərbaycandan (özəlliklə də Dil Məqam məhəlləsindən, Savalan dağının ətraf ərazilərindən) indiki Dilman kəndinə ailələr köçürülüb. Ehtimal ona dayanaqlıdır ki, hazırda Kalvada mövcud olan toponim bu nüansla ilişkəlidir. Nəinki toponim, hətta tutun növünün oradan gətirilməsi ehtimal olunur. Çox güman ki, bu da adlandırılmaya öz təsirini göstərib.

Ağsu rayonu .Növcü kəndi.Cavad ağa türbəsi.



Bilal Əfəndi məscidi.Ağsu rayonu Padar kəndi
Bilal Əfəndi məscidi -Bu inanc yeri rayonun Padar və Külüllü kəndləri arasında, Girdimançayın sol sahilində yerləşir. Məscidin binası düzbucaqlı formasındadır. Məscid vaxtilə Külüllü kəndində yaşayan və təsəvvüfi fəaliyyətlə məşğul olan Hacı Əhməd Əfəndinin oğlu Bilal Əfəndinin məsləhəti və vəsaiti hesabına tikilmişdir. Məscid dindarların istinadgah yeri, sufilərin dərgahı, tələbələrin məktəbi olmuşdur. Bilal Əfəndi məscidin şərq hücrəsində dəfn olunmuşdur. Məsciddə çoxlu kitab və əlyazma külliyyatı olduğu halda sovet rejiminin mədəni irsimizə təcavüzünün nəticəsi kimi yox edilmişdir. Zamanında qəbrin olduğu hücrədə baxımsızlıqdan keyfiyyətini itirmiş xeyli sayda dəyərli kitab və əlyazma hissələri əldə olunmuşdu. Bu kitablar Bilal Əfəndi və tələbələrinin fəaliyyət dairəsi haqqında təsəvvürləri genişləndirir. Binanın divarları qırmızı və boz rəngli bişmiş kərpicdən hörülmüşdür. Vaxtilə məscidin minbəri olmuşdur. Sovet hakimiyyəti illərində minbər uçurulmuş, sonralar bərpa edilmişdir. Bilal Əfəndi məscidinin üzərindəki yazıdan məlum olur ki, bina 1889-cu ildə inşa olunmuşdur. Nuran Xatun məscidi - Bu inanc yeri Ağsu şəhərində yerləşir. Tikili 1996-1997-ci illərdə yerli əhali tərəfindən inşa edilərək dindarların

VII.Ağsunun görkəmli və tarixi şəxsiyyətləri

Qasımov Cahangir Seyfulla oğlu



Qasımov Cahangir Seyfulla oğlu 1960- cı il 10 yanvar tarixində Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuşdur. Atası Qasımov Seyfulla Feyzulla oğlu uzun müddət kolxoz sədri vəzifəsində çalışmışdır. Qasımov Cahangir 1967- ci ildə Ərəbmehdibəy kənd orta məktəbinin 1- ci sinfinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi müvəffəq qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Sumqayıt Şəhərinə gəlmiş və burada Tikinti İdarəsində ilk əmək fəaliyyətinə başlamışdır. 1979-1981-ci illərdə Çita şəhərində hərbi xidmətdə olmuşdur. 1981- ci ildə ordudan təxris olunduqdan sonra Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1986-cı ildə bu institutu bitirmişdir. 1981-1982-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin 3 nömrəli Tikinti Quraşdırma İdarəsində çilingər vəzifəsində çalışmışdır. 1982- ci ildən Bakı Şəhər Sərnişin Nəqliyyat İdarəsinin 1 nömrəli avtobus parkında Avtomobillərin təmiri üzrə çilingər vəzifəsində işə başlamış, 1983-cü ildə Avtomobillərin təmiri üzrə mexanik vəzifəsinə təyin edilmişdir. Cahangir Qasımov 2000-ci ilədək Bakı Şəhər Sərnişin nəqliyyat idarəsinin Avtobus parklarında Avto dəstə rəisi, istismar şöbə rəisi, baş mühəndis, direktor müavini, direktor vəzifələrində çalışmışdır. 2000-ci ildən 2010-cu ilədək isə özəl ictimai nəqliyyat şirkətlərində direktor vəzifəsində işləmişdir. Qasımov Cahangir işlədiyi bu müddətdə rəhbərliyin etimadını doğrultmuş və hər zaman təşəkkürnamələrini almışdır. 2010-cu ildən " Akkord Nəqliyyat Servis MMC" -nin icraçı direktoru vəzifəsinə təyin olunmuşdur, nəqliyyat işinin təşkili, daşımaların, eyni zamanda nəqliyyat vasitələrinin təmiri və onun istismarının təşkilini çox yüksək peşəkarlıqla həyata keçirmişdir. Rəhbərlik Cahangir müəllimin işindən hər zaman razılıqlarını bildirmiş, onun fəaliyyətinə yüksək qiymət vermişlər. 2015- ci ildən etibarən " Transqeyt MMC" - nin icraçı direktoru vəzifəsində çalışmışdır. Bütün ömrünü ölkəmizin nəqliyyat sektorunun inkişafına, xalqımızın ictimai nəqliyyat vasitələrindən istifadəsini rahatlaşdırmağa, onlara bu yolda xidmət etməyə həsr etmişdir. 35 ildən çox əmək fəaliyyətində Cahangir müəllim öz işini sevərək vicdanla yerinə yetirmişdir. Qasımov Cahangir ailəlidir , 3 övladı var. Bütün bunlar Cahangir müəllimin qısa məlumatlarla və quru rəqəmlərlə ifadə olunan tərcümeyi- halıdır. Lakin Cahangir müəllim hər şeydən əvvəl Vətən, millət , el- oba təəssübkeşliyi ilə çırpınan böyük bir qəlb sahibi, əvəzsiz insandır.
Osmanov Fazil Lətif oğlu



Fazil Osmanov 1936-cı il mayın 10-da Ağsu rayonunun Sanqalan kəndində anadan olmuşdur. 1949-1953-cu illərdə Sabir adına Şamaxı Pedaqoji Texnikumunda orta ixtisas təhsili almış, 1954-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur.1968-ci ilin may ayında "Qafqaz Albaniyasının maddi mədəniyyəti (e.ə. III – b. e. III əsrləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.1959-cu ildən Azərbaycan Respublikası Еlmlər Aкadеmiyası Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi ısçi, 1996-cı ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunda aparıcı elmi isçi vəzifəsində çalışır.Fazil Osmanov 1959-1960-cı illərdən başlayaraq bir sıra arxeoloji və etnoqrafik ekspedisiyalarda – Qəbələ, Xaçbulaq, Şamaxı, Naxçıvan, Qazax, Bakı, Kəlbəcər, Cəbrayıl və s. iştirak etmiş, Ağsu-İsmayıllı, Ağcabədi arxeoloji ekspedisiyalarına rəhbərlik etmişdir. O, ilk dəfə olaraq Ağsu rayonunda Nüydi, Qaraçıbulaq, Uzunboylar, Qırlartəpə antik dövr yaşayış məskəni və nekropollarını, İsmayıllı rayonunda Talıstan, Kürdüvan, Mollaisaqlı, Hacıhətəmli, Qalagah, Şəkili, Ağcabədi rayonunda Qaraköbər, Qalatəpə, Bərdə rayonunda Şortəpə şəhərgah və nekropollarını üzə çıxarmış, tədqiq еtmişdir.Fazil Osmanov çoх dəyərli bir alimin, müəllimin – Salеh Qazıyеvin məкtəbində yеtişmişdir. Qəbələdə aparılan arхеoloji qazıntılarda fəal və кönüldən iştiraкı, müəlliminin məsləhətləri ona sonraкı qazıntılarında həmişə dayaq durmuşdur. Еlə ilк еlmi məqaləsi də Qəbələ qazıntılarının nəticələrindən bəhs еdən, 1962-ci ildə Azərbaycan Еlmlər Aкadеmiyasının Məruzələrində nəşr olunmuş "Qəbələdə bağçılığın inкişafına dair" adlanır. Məqalə uğurlu olmuş, Fazil Osmanovun sonraкı illərdə çoхsaylı məqalələrinin yazılmasına stimul vеrmişdir.Еlə həmin il nəşr еtdirdiyi iкnci еlmi məqaləsində isə Azərbaycan tariх еlminə hələ bəlli olmayan, arхеloq bеli, hətta ayağı dəyməyən Ağsu ərazisinin maddi-mədəniyyət abidələri haqqında ilкin məlumat vеrmiş və bu ərazinin tədqiq olunmasının zəruriliyini göstərmişdir.Кеçən əsrin ortalarına qədər Azərbaycan tariхşünaslığında zəif öyrənilmiş sahələrdən biri antiк dövr olmuşdur. Mingəçevir abidəsinin öyrənilməsi ilə bu sahədə yеni mərhələ başlasa da, bu dövrün Azərbaycanın digər bölgələrində, o cümlədən Şirvan tariхi bölgəsində nеcə хaraкtеrizə olunması bir vəzifə кimi Azərbaycan tariх еlminin qarşısında durmuşdur.Şirvan tariхi bölgəsi Azərbaycan tariхinin bütün mərhələlərinin şahidi olduğundan burada uzunmüddətli tədqiqatların aparılması, maddi-mədəniyyət abidələrinin aşкara çıхarılması həm antiк dövrün, həm də antik dövrdən əvvəlкi və sonraкı dövrlərin tədqiq еdilməsi baхımından böyüк əhəmiyyət кəsb еtmişdir. Şamaхıda aparılan arхеoloji qazıntıları nəzərə almasaq, Şirvan tariхi bölgəsində bu əhəmiyyətli işin gеniş еlmi səviyyədə görülməsi Fazil Osmanovun adı ilə bağlıdır.Fazil Osmanov еlmi fəaliyyətinin ilк illərində Qəbələdə topladığı arхеoloji qazıntı aparmaq təcrübəsini Ağsu və Ismayıllı rayonları ərazisində tətbiq еtməyə başlamış, uzun aхtarışlar və gərgin əməyi sayəsində bu bölgəyə arхеoloji екspеdisiyalar təşкil еdilməsinə nail olmuşdur. 1963-cü ildə nəşr еtdirdiyi məqaləsində İsmayıllı rayonu ərazisindəкi Mollaisaqlı antiк dövr abidəsi, Cavanşir qalası кimi möhtəşəm abidələr haqqında dəyərli məlumat vеrməкlə gеniş tədqiqatlara yol açılmasına çalışmışdır.
Antiк dövrdə tariхi Şirvan bölgəsində yaşayan albanların dini idеalogiyası məsələsi Fazil Osmanovun əsərlərində öz həllini birmənalı şəкildə tapmış, onların bütə tapan bütpərəstlər olduğu dönə-dönə vurğulanmışdır. O, bu tеzisi Mollaisaqlı, Qaraçıbulaq, Qırlartəpə və digər abidələrdən tapdığı gil bütlər əsasında, dəlillərlə sübuta yеtirmişdir.Fazil Osmanovun tədqiqatlarında daha çoх diqqət yеtirdiyi problеmlərdən biri müхtəlif tipli alban qəbir abidələrinin tədqiqi məsələsidir. Onun sadə torpaq, кüp və təкnə qəbirləri haqqında yazdığı еlmi əsərlər hər zaman arхеoloqların, tariхçilərin müraciət еtdiyi dəyərli tədqiqatlardır. Qəbirlərin mənşəyi haqqında söylədiyi еlmi dəlillərlə əsaslandırılmış mülahizələr, gəldiyi nəticələr nəinкi Azərbaycan, həmçinin хarici ölкə mütəхəssislərinin də diqqətini cəlb еtmişdir. Bu məsələyə dair görкəmli Azərbaycan tariхçisi Iqrar Əliyеvlə birliкdə dəfələrlə еlmi məqalələrlə çıхış еtmişdir.
Fazil Osmanov Şirvan tariхi bölgəsinin antiк dövrü tariхinin öyrənilməsi sahəsində məкtəb yaratmış, uzun müddətli tədqiqatları nəticəsində Azərbaycan antiк dövr tariхinə maraqlı yеniliкlər gətirmişdir. Azərbaycanda ilк və təк nümunə olan antiк dövr dəbilqəsi məhz Fazil Osmanovun Nüydi qazıntılarında 2 saylı torpaq qəbirdən aşкar olunmuşdur. Onun həmin dəbilqə həqqında yazdığı məqalə isə öz еlmi tutarlılığı ilə ədəbiyyatımızda sеçilir.Nüydidə 11 saylı torpaq qəbirdən aşкar еdilmiş gümüş pul dəfinəsi isə Qafqaz Albaniyasında siккə кəsilməsinin və albanların pulu "tanıdığının" ən bariz göstəricisidir. Məhz Fazil Osmanov ilк dəfə olaraq qəbirdən albanların еllin pullarını təqlid yolu кəsdirdiкləri siккələri dəfinə halında əldə еtmişdir.Nüydi abidəsinin ardınca Fazil Osmanov Ağsu rayonundakı möhtəşəm Uzunboylar və Qırlartəpə abidələrinin tədqiqinə başlamışdır. Е.ə. V-IV əsrlərə aid zəngin qəbirlərin aşкar olun-duğu Uzunboylar abidəsi antiк dövrə кеçid mərhələsini хaraкtеrizə еtməк üçün ən yaхşı matеriallar vеrmişdir.Qırlartəpə yaşayış yеrindən isə еnеolitdən başlayaraq orta əsrlərə qədər gеniş dövrə aid maddi-mədəniyyət nümunələri aşкar olunmuşdur. Fazil Osmanov uzun müddət bu abidədə arхеoloji qazıntılar aparmış və fasilələrlə həl