Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
11 Fevral , 2019
11 Fevral 2019-cu il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında “oxu bayramı” günü keçirilmişdir.Gələcəkdə bu bayramın hər həftənin birinci və altıncı günləri Mərkəzi kitabxananın oxu zalında,rayon sakinlərinin istirahət etdikləri Heydər Əliyev ,Zərifə Əliyeva parklarında və Heydər Əliyev seyrəngahında keçirilməsi nəzərdə tutulmuşdur.”Oxu bayramı”nın keçirilməsində məqsəd oxucuların istədikləri ədəbiyyatı oxumasına və oxuduqları kitablar haqqında digər oxucularla fikir mübadiləsi aparmasına şərait yaratmaqdır.
Təbii ki,”oxu bayramı “ günləri haqqında oxuculara əvvəlcədən məlumat verilmişdir.
Foto Qalereya