Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
11 Aprel , 2019
11 Aprel 2019-cu il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında azərbaycan ədəbiyya-tında siyasi detektiv, kəşfiyyat detektiv, sənədli detektiv, macəra detektiv romanları ilə şöhrət qazanmış Xalq yazıçısı, “Şöhrət” ordenli Çingiz Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə “Çingiz Abdullayev- 60” adlı kitab sərgisi açılıb. Bu müna-sibətlə keçirilən tədbirdə rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov cıxış edib vurğuladı ki,Ç. Abdullayev Azərbaycan Yazıçılar İttifaqının katibi, Polşanın Krakov Universitetinin fəxri professoru, H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycan Demok-ratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillə-rinə tərcümə olunmuşdur. Almani-yada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırmışdır.Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Ç. Abdullayev 2009-cu il aprel ayının 7-də Azər-baycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
Tədbirin sonunda təşkil olunmuş kitab sərgisinə və yubilyara həsr olunmuş video-çarxa baxış keçirildi.
Foto Qalereya