Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
7 İyun , 2019
7 İyun 2019-cu il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında Milli Qurtuluş gününə həsr olunmuş “dəyirmi masa” təşkil olundu.Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Mahir Məlikov açaraq vurğuladı ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdir. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görmüşdür.
Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlamışdır. Bundan bir neçə gün sonra - iyun ayının 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq vermişdir.Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdir.
Beləliklə də, 15 iyun Azərbaycanın tarixinə Milli QurtuluşGünü kimi daxil edilmişdir.Sonra çıxış edən Məhbubə Əhmədova,Xalid Dursunəliyev və Telman Qasımov dövlətçiliyimizin qorunmasında Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışlar.Sonda mövzu ilə əlaqəli “Tarixin şanlı səhifələri” adlı video-çarxa baxış keçirilmişdir.
.
Foto Qalereya