Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
6 İyul , 2019
06 İyul 2019-cu il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında Ağdərə rayonunun ermənilər tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar “Yaddan çıxmaz Qarabağ” adlı tədbir keçirilmişdir.Tədbiri fəal oxucu Əsalət Xəlilov açaraq Ağdərənin işğalı tarixindən ,şəhidlərindən danışmış,işğal nəticəsində vurulan maddi və mənəvi zərərləri göstərmişdir.Çıxış edən Ləman Əfəndiyeva Azərbaycan Ordusunun qüdrətini,Aprel döyüşlərini nəzərə çatdırmış ,torpaqlarımızın tezliklə azad olunacağını vurğulamışdır.
Foto Qalereya