Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
19 İyul , 2019
(məktubundan sətirlər)
Ağsu rayon Rəhimli kənd tam orta məktəbi onun adını daşıyır.Əfqanıstan-
da şəhid olmuş Mikayılov Samid Mikayıl oğlunun .O da bütün gənclər kimi adi həyat sürüb.Səkkizinci sinfi bitirdikdən sonra kənddə kolxozda işləməyə başlayıb. 1979-cu ildə ordu sıralarına çağrılıb. 26 Mart 1980-cı ildə Əfqanıs-
tanda taliblərə qarşı qeyri- bərabər döyüşdə həlak olub.Göstərdiyi igidliyə görə ölümündən sonra orden və medallarla təltif olunub.Əfqanıstanın Milli Qəhrəmanı adına layiq görülüb.Adını daşıdığı məktəbdə mütamadi olaraq şəhidin xatirəsi anılır,onunla bağlı tədbirlər keçirilir. Bu günlərdə Ağsu rayon Mərkəzi kitabxanasının işçiləri də igid həmyerlimizin xatirəsinə həsr olunmuş stend hazırlamış və məktəbə hədiyyə etmişdir. 2 Milli Qəhrəmanı, 1 Əfqanıs-
tan Milli Qəhrəmanı, 2 şəhid, 1 Qarabağ müharibəsində itkin düşmüş əsgər və 26 müharıbə iştirakçısı olan Rəhimli kəndi ilə hər bir Azərbaycan vətən-
daşı fəxr edə bilər.
Foto Qalereya