Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
18 İyul , 2019
“Azərbaycan Respublikasının 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında “ Azərbaycan Respublikası Prezidentinin 11 Yanvar 2019-cu il tarixli Sərəncamına müvafiq olaraq 16 İyul 2019-cu il tarixdə Ağsu rayon Mədəniyyət Mərkəzinin Bico kənd Sənətkarlıq evi və 1 saylı Bico kənd kitabxana filialı yubiley tədbiri keçirmişdir.Tədbirdə Bico kənd əhalisi və tam orta məktəbin şagirdləri fəal iştirak etmişlər.Tədbirdə şəhər mədəniyyət evinin metodisti Eyvaz Bayramov və Bico kənd tam orta məktəbinin müəllimi Telman Qarayev Nəsimi yaradıcılığı haqqında iştiraklçılara geniş məlumat vermişlər. Bundan başqa yubiley gecəsində şairin əsərlərindən ibarət kitab sərgilənmiş,müğənnilər Əzizağa Əzizov,Telman Qasımov,Amil Dadaşov və Kamal Mikayılov sözlərinə bəstələnmiş mahnılar səsləndirilmiş, məktəb şagirdləri qəzəllərindən ibarət kompozisiya ilə çıxış etmişlər.
Foto Qalereya