Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
19 İyul , 2019
19 iyul 2019-cu il tarixdə Ağsu rayon Mədəniyyət Mərkəzində Milli
Mətbuat Günü ilə əlaqədar “Ölkə həyatının güzgüsü” adlı Dəyirmi masa təşkil olunmuşdur. Tədbiri açan Mədəniyyət Mərkəzinin direktoru M.Məli-kov 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə əsası qoyulan mətbuatımızın bu günə qədər keçdiyi keşməkeşli, şərəfli yoldan danışıb, Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə xalqın maariflənməsi yolunda apardığı bö-yük işin əhəmiyyətindən danışıb. Sonra çıxış edən MKS-nin direktoru C.Bədəlov Ümummilli lider Heydər Əliyevin və onun arzularını ləyaqətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əlivev Cənablarının mətbuata, mətbuat işçilərinə göstərdikləri qayğıdan və bu sahədə aparılan islahatlardan söh-bət açdı.
Sonra söz alan mədəniyyət işçiləri M.Məmmədov və T. Abdulova da bu gün müasir həyatımızı mətbuatsız təsəvvür etmədiklərini, baş ve-rən hadisələr haqqında informasiyaların daha dəqiq və ətraflı öyrənilmə-sində mətbuatın əvəzsiz rolunu diqqətə çatdırdılar.
Foto Qalereya