Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
26 İyul , 2019
26 İyul 2019-cu il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında Azərbaycan əlifbası və azərbaycan dili günü münasibəti ilə “Dilimiz və əlifbamız: milli qürur mənbəyimiz, güvənc yerimiz…” adlı tədbir keçirilmişdir.Tədbiri rayon Mədəniyyət Mərkəzinin direktoru Mahir Məlikov açaraq ulu öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli Fərmanı haqqında məlumat vermiş,göstərmişdir ki, qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli yazı nümunələrini yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir.Çıxış edən Mənsurə Qaçayeva və Gülbəniz Mehdiyeva vurğuladılar ki, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanun qəbul olunması ilə nəticələndi.Elə həmin vaxtdan,yəni 1 Avqust 2001-ci ildə Azərbaycan əlifbası və azərbaycan dili günü xalqımız tərəfindən bayram kimi qeyd edilir.
Foto Qalereya