Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
2 Avqust , 2019
2 Avqust 2019-cu il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında Azərbaycan kinosunun 121 illiyi ilə əlaqədar tədbir keçirilib.Tədbirdə vurğulanıb ki dünya kino tarixi ilə üst-üstə düşən azərbaycan kinosu uzun bir yol keçib. Azərbaycan kinosu da ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formatda olub. Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Həmin il “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübhçağı”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilib. 1900-cü ildə Parisdə keçirilən ümumdünya kino sərgisin-
də “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” xronikaları nümayiş etdirilib.Müstəqil respublikamızda kinoya dövlət qayğısı böyükdür.İldənilə bu sahəyə ayrılan maliyyə vəsaiti artırılır.Bunun nəticəsidir ki,milli kinomuz gündən-günə inkişaf edir.Sonda tədbir iştirakçıları kino gününə həsr olunmuş video-çarxa baxış keçirmişlər.
Foto Qalereya