Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
7 Sentyabr , 2019
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Sentyabr ayının 21 bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd edilir.Respublikamızda da hər il 21 Avqust -21 Sentyabr “Sülh aylığı” çərçivəsində müxtəlif tədbirlər təşkil olunur.07 Sentyabr 2019-cu il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında bu münasibətlə “Azərbaycanın siyasəti sülhsevər siyasətdir” mövzusunda tədbir təşkil olunub.Tədbirdə Azərbaycan dövlətinin beynəlxalq aləmdə yeritdiyi sülhsevər siyasətdən,heç bir hərbi-siyasi bloklara qoşulmamasından söhbət açılıb.Müharibə şəraitində olan ,bir milyondan çox qaçqını olan dövlət üçün sülhün necə prioritet məsələ olduğu vurğulanıb. Maarifləndirmə xarakteri daşıyan tədbir dinləyicilərin marağına səbəb olub.
Foto Qalereya