Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
25 Sentyabr , 2019
25 Sentyabr 2019-cu il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında Azərbaycan əsilli müğənni Sami Yusufin şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırlanmış yeddi dəqiqəlik kompozisiyasına baxış keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış kompozisiyadan öncə dahi azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığından danışılıb,təşkil olunmuş kitab sərgisi ilə oxucular tanış olub.
Foto Qalereya