Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
15 Sentyabr , 2019
15 Sentyabr –Bilik Günü ilə əlaqədar İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayonu üzrə müəssisələrində müxtəlif səpgili tədbirlər keçirilmişdir.Rayonun Ərəbuşağı,Kəlağaylı,Göydəlləkli kənd müəssisələrinin,Mərkəzi kitabxana və uşaq şöbəsinin işçiləri Bilik Günü ilə əlaqədar məktəblərdə olmuş,rəngarəng tədbirlər təşkil etmişlər.Tədbirlərdə iştirak edən müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə etmişlər. Çıxış edənlər həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmış, ölkə prezidenti cənab İlham Əliyevin və Vitse Prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın məhs bu istiqamətdə gördüyü işləri, təhsilin keyfiyyətinin artıtılmasını daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulamışdır.Keçirilən tədbirlərdə birinci sinif şagirdlərinə qələm,karandaş və kitablar hədiyyə edilmişdir.
Foto Qalereya