Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
1 Oktyabr , 2019
1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək onlara müxtəlif xidmətlər görməkdən ibarətdir.Beynəlxalq Ahıllar Günündə Mərkəzi kitabxananın işçiləri də Ağsu şəhərində yaşayan bir qrup ahıllara kitabxana xidməti göstərmişdir.Əvvəlcədən onların mütaliə maraqları öyrənilmiş,yaşadıqları ünvana kitab və dövri mətbuat aparılmış,kitablar oxunmuşdur.
Foto Qalereya