Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
15 Noyabr , 2019
1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu fikirlər 15 Noyabr 2019-cu il tarixdə Mərkəzi kitabxanada “Milli Dirçəliş Günü”nə həsr olunmuş tədbirdə səsləndirilmişdir.Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçən tədbirdə mövzu ilə əlaqədar video-çarxa baxış keçirilmişdir.
Foto Qalereya