Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
15 Noyabr , 2019
15 Noyabr 2019-cu il tarixdə Qaraqoyunlu kənd orta məktəbində Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilmişdir.Ağsu rayon MKS-nin 4 saylı Qaraqoyunlu kənd kitabxana filialının təşkilati dəstəyi ilə keçirilən tədbirdə vurğulanıb ki,1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.Tədbirdə məktəb şagirdləri azadlığımıza,azərbaycana və qəhrəman övladlarımıza həsr olunmuş şerlər söyləmişlər.
Foto Qalereya