Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
10 Yanvar , 2020
Bu gün Ağsu rayon Mərkəzi kitabxanasında Əməkdar artist,Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub.Rayon İcra Hakimiyyətinin dəstəyi, Mədəniyyət Mərkəzi və Mərkəzi kitabxananın təşkilatçılığı ilə baş tutan yubiley tədbirində rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət işçiləri iştirak edib.Çıxış edən Eyvaz Bayramov sənətkarın ömür yolu və bənzərsiz yaradıcılığı barədə məlumat verib.Bildirilib ki,Səməndər Rzayev 1945-ci ilin Yanvar ayının 2-də Ağsu rayonunda anadan olmuşdur. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) aktyorluq fakültəsində təhsil almışdır.Onun ilk sənət müəllimləri Rza Təhmasib,Mehdi Məmmədov ,Ədil İsgəndərov və başqaları olmuşdur. Tədbirdə çıxış edən sənətkarın yaxın dostları, məktəb yoldaşları Hacı Seyfəddin Abdullayev, Nurulla Nuriyev,Marif Şikar onun milli və dünya klassiklərindən Hüseyn Cavidin “Xəyyam”(Xacə Nazim),”Knyaz”(Knyaz),”İblis” (İbnYəmin),M.F.Axund-zadənin “”Müsyö Jordan və dərviş Məstəli şah”(Hatəmxan ağa),S.Vurğunun “Vaqif”(Vaqif),”İnsan”(Valentin) ,C.Məmmədquluzadənin “Dəli yığıncağı” (Fazil Küleyni),C.Cabbarlının “Aydın” (Balaxan) kimi müxtəlif xarakterli rollarından danışmışlar.Vurğulanmışdır ki,Səməndər Rzayev “Evləri köndələn yar”,”Yollar görüşəndə”,Sarıköynəklə Valehin nağılı” və s. televiziya film və tamaşalarında ,həmçinin “Babək”(1979),”Babamızın babasının babası”(1981),”Bağ mövsümü”
(1985),”Bəyin oğurlanması” (1985) kimi filmlərdə də maraqlı obrazlar yaratmışdır.Göstərdiyi xidmətlərə görə 1974-cü ildə “Əməkdar artist” fəxri adına,1980-cı ildə isə Dövlət mükafatına layiq görülmüşdür.Tədbirdə çıxış edən Günel Şıxaliyeva Ağsulu yazar Sərvər Şahbəylinin Səməndərə həsr olunmuş “Üzün gülsün ay Səməndər,hardasan” şerini səsləndirmişdir.
Sonda Səməndər Rzayevin yaradıcılığına həsr olunmuş video-çarxa baxış keçirilmişdir.
Foto Qalereya