Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
21 Fevral , 2020
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri o vaxtkı SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etmişlər.Hücumdan əvvəl şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmuş və şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:uşaqlar-63 nəfər; qadınlar -106 nəfər; qocalar -70 nəfər.8 ailə tamamilə məhv edilmişdir.25 uşaq hər iki valideynini itirmişdir.130 uşaq valideynlərindən birini itirmişdir487 nəfər yaralanmışdır,onlardan:uşaqlar-76 nəfər;1275 nəfər əsir götürülmüşdür.150 nəfər itkin düşmüşdür.Bütün bunlar 21 Fevral 2020-ci il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümünün anım mərasiminə həsr olunmuş tədbirdə səsləndirilmişdir.Tədbirdə Xocalı soyqı-rımına həsr olunmuş kitab sərgisi və sənədli film nümayiş etdirilmişdir.
Foto Qalereya