Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
24 Fevral , 2014

24 Fevral 2014-cü il tarixdə Mərkəzi kitabxanada Xocalı soyqırımının 22-cü ildönümünə həsr olunmuş “Xocalı- Qan yaddaşımız” mövzusunda tədbir keçirildi.Tədbirə Ağsu ziyalıları,idarə və təşkilat nümayəndələri,rayonumuzda məskunlaşan Xocalı sakinləri dəvət olunmuşdu.Tədbiri giriş sözü ilə açan Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Məhbubə Əhmədova Xocalı faciəsi,onu törədən səbəblər,bu qanlı cinayətin günahkarları haqqında iştirakçılara geniş məlumat verdi.Rayon 1 saylı şəhər orta məktəbin tarix müəllimi Sənan Nemətov,Xocalı sakini Əmrah Məmmədov,Mərkəzi kitabxananın Kitabişləmə və komplektləşdirmə şöbəsinin biblioqrafı Nurlanə Şirəliyeva və fəal oxucu Aydün Haşımova çıxış edib Xocalı faciəsi haqqında öz fikirlərini söylədilər.Sonda Xocalı faciəsinə həsr olunmuş sənədli video çarxa baxış keçirildi.