Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
20 Fevral , 2014

20 Fevral 2014-cü il tarixdə Mərkəzi kitabxananın uşaq şöbəsində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar “Xicalı-şəhid şəhər” mövzusunda tədbir keçirildi. Tədbirdə şahmat məktəbinin,1 saylı uşaq bağçasının, 2 saylı şəhər orta məktəbinin  şagird və müəllim kollektivi iştirak edirdi. Tədbiri Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva açaraq  Xocalı faciəsi haqqında iştirakçılara məlumat verdi. Şagirdlərdən Fərid İsayev, Musa Musayev, Emil Məhərrəmli, Yusif Umudzadə, Aytac Umudova və Hətəm Rüstəmli Xocalı haqqında şeir söylədilər. Sonda Xocalı faciəsinə həsr olunmuş video çarx nümayiş etdirildi.