Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
31 Yanvar , 2014

31 Yanvar 2014-cü il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasının uşaq şö- bəsində “Gənclər günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbiri açan şöbə- nin oxu zalının müdiri Mənsurə Qaçayeva ulu öndər Heydər Əliyevin gənc- lərə göstərdiyi diqqət və qayğıdan,ölkəmizin siyasi və mənəvi həyatında onların rolundan danışdı.Qeyd etdi ki,məhz ümummili lider Heydər Əliyevin Sərəncamı ilə 2 fevral 1997-ci il tarixindən “Azərbaycan Gəncləri Günü “ bayram kimi qeyd olunur.Çıxış edən Ülkər Hacıyeva,Rəvan Eminov,Fərid İsayev,Hatəm Rüstəmli,Emil Məhərrəmli və Musa Musayev gənclərə göstə- rilən etimada görə respublikamızın prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.Tədbirin sonunda gənclər gününə həsr olunmuş video- çarxa baxış keçirildi.