Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
15 Yanvar , 2014

15 Yanvar 2014-cü il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsində 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Qanlı Yanvar” mövzusunda şer müsabiqəsi keçirildi.Tədbirdə 1saylı orta məktəbin və 1 saylı uşaq bağçasının kollektivi iştirak edirdi.Tədbiri giriş sözü ilə açan şöbə müdiri Ülkər hacıyeva 20 yanvar hadisələri haqqında iştirakçılara məlumat verdi.1 saylı Uşaq bağçasının müdiri Zenfira Məmmədova xalqımızın böyük oğlu ,ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinə hüququ-siyasi qiymət verməsindən söhbət açdı.Daha sonra məktəb şagirdlri Səmayə Hacıyeva,Aytac Mirzəyeva,Şinarə Babayeva, Gülər Mirzəyeva,Hüseyn Eyvazov və Zaur Həsənov 20 Yanvara həsr olunmuş şerlər söylədilər.Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş video- çarx nümayiş etdirildi.